Britaniyada minlərlə insan qasırğa səbəbiylə evakuasiya olundu

Britaniyada minlərlə insan qasırğa səbəbiylə evakuasiya olundu

Hazırda oxunan: Britaniyada minlərlə insan qasırğa səbəbiylə evakuasiya olundu

9186

Britaniyanın şimalında və sahil şəhərlərində minlərlə insan 20 yanvar tarixində ölkəyə yaxınlaşan "Kristof" qasırğasına görə evakuasiya edilib.

Bizim.Media xəbər verir ki, “RİA Novosti” agentliyi bu məlumatı ölkənin fövqəladə xidmətlərinə istinadən yayıb.

Mənbə yazır ki, qasırğa daha çox Mançester şəhərində və onun ətrafında, eləcə də Uelsdə fəsad törədib.

Güclü külək, yağış və qar kommunal xidmətlərin işində fasilələrə və elektrik xətlərinin zədələnməsinə gətirib çıxarıb. Çaylarda suyun səviyyəsi kritik səviyyəyə çatıb və bu səbəbdən regionda daşqın təhlükəsi gözlənilir.

Britaniyanın şimalında yaşayan sakinləri ehtiyac olmadan evlərini tərk etməməyə çağırıblar. Mançester və Liverpul arasında, həmçinin York və Lids arasında qatarlar ləğv edilib.

Agentliyin məlumatına görə, qasırğa Londona da çatıb, lakin yanvarın 21-də səhər saatlarında şəhərdə qasırğa hiss olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO