ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və nazirliyin nümayəndə heyətinin viza tələblərinə məhəl qoymur.
Bizim.Media “reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzin təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda narahatlığını ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Aİ-Rusiya arasında sadələşdirilmiş viza rejimi dayandırılır
Belə ki, iki həftə sonra baş tutacaq BMT Baş Assambleyasının illik iclası üçün Nyu-Yorka getmək istəyən Rusiya XİN rəsmiləri ABŞ hökumətinə müraciət ünvanlayıblar.
Lakin Moskvanın Vaşinqtondan tələb etdiyi 56 viza müraciəti hələ də cavabsız qalıb. Rusiyanın BMT-dəki səfiri məktubunda son aylarda ABŞ-ın BMT-nin müxtəlif tədbirləri üçün ruslara giriş vizalarının verilməsindən daim imtina etməsindən narahat olduğunu bildirib.
ABŞ dövlət katibi Entoni Blinken isə məsələ ilə bağlı bunları deyib:
“Viza məlumatı məxfi olduğu üçün bu cür fərdi halları müzakirə edə bilmərik. Lakin ABŞ BMT-nin mənzil qərargahına ev sahibliyi edən ölkə kimi öz öhdəliklərinə ciddi yanaşır”.
Bizim.Media