Amerika şirkətlərinin Türkiyə vasitəsilə Rusiya ilə əməkdaşlıq qurmaq təkliflərinin sayı sürətlə artır.
Bizim.Media xəbər verir ki, Türkiyənin nüfuzlu media orqanı “Yeni Şafak” bu barədə məlumat yayıb.
Nəşr iddia edir ki, bəzi ABŞ təşkilatları türk şirkətlərinə komissiya qarşılığında Rusiya ilə ticarət etməyi təklif edir. Bunun səbəbi tətbiq edilən sanksiyaların vurduğu zərəri kompensasiya etmək istəyi ilə bağlıdır.
Nəşr yazır ki, Rusiyadan məhsul tədarük edən şirkətlər Rusiya-Türkiyə-Dubay-ABŞ marşrutunu əsas götürürlər. Baş ofisi ABŞ-da yerləşən beynəlxalq təşkilatlar Dubayın azad zonalarındakı törəmə şirkətlərini də bu prosesə cəlb edirlər.
Ən çox tələb olunan məhsulların isə neft-kimya məhsulları, qiymətli metallar, taxıllar, dəmir, polad, qeyri-üzvi kimyəvi maddələr və spirt olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl “Yeni Şafak” ABŞ kəşfiyyat orqanlarının ruslarla qarşılıqlı əlaqədə olan türk biznesmenlərinə necə təsir göstərməyə çalışdığı barədə məlumat vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 03.09.2022
ABŞ şirkətləri Rusiya ilə ticarəti Türkiyə vasitəsilə qurmağa çalışır – DETALLAR
Hazırda oxunan: ABŞ şirkətləri Rusiya ilə ticarəti Türkiyə vasitəsilə qurmağa çalışır – DETALLAR
Hazırda oxunan: ABŞ şirkətləri Rusiya ilə ticarəti Türkiyə vasitəsilə qurmağa çalışır – DETALLAR
91816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.