İlin ən çox izlənilən filmləri – SİYAHI 

İlin ən çox izlənilən filmləri – SİYAHI 

Hazırda oxunan: İlin ən çox izlənilən filmləri – SİYAHI 

91665

Pandemiya səbəbilə çətin günlər yaşayan kino sektoru 2022-ci ildə izləyiciləri yenidən böyük ekrana cəlb etməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, 8 ayda ümumilikdə 375 film nümayiş olunub. 

Ümumi izləyici sayı isə 26.360.740-a çatıb. 

Bu ilin ən çox izlənən filmlərini təqdim edirik: 

Macəra və aksion həvəskarlarını kinoteatrlara cəlb edən “Doctor Strange, Multiverse Madness” filmi ən çox izlənən filmlər siyahısında 1-ci yerdə qərarlaşıb. Rejissoru Sem Raiminin olduğu filmi 1 milyon 549 min 492 nəfər izləyib. 


Siyahıda 2-ci yeri 1 milyon 182 min 305 nəfərlə “Thor: Love and Thunder” filmi tutub. 


Dram və aksiyon janrında olan “Batman” filmi 3-cü yerdədir Film vizyonda olduğu 10 həftə ərzində 1 milyon 81 min 473 adam tərəfindən izlənilib.  


ABŞ istehsalı olan cizgi filmi “Minions 2: The Rise of Gru” 1 milyon 57 min 677 nəfər tərəfindən izlənilərək, ən çox izlənilən 4-cü film olub. 


Macəra, elmi fantastika və aksion həvəskarları tərəfindən maraqla izlənilən “Spiderman: No way home” filmi  17 dekabr 2021-ci ildə nümayiş olunub. 8 ay ərzində 961 min 470 tamaşaçıya çataraq ilin ən çox izlənilən 5-ci filmi olan film ilk nümayiş olunduğu tarixdən bu yana 2 milyon 811 min 424 nəfər izlənilib. 


Baş rolda dünyaca məşhur komediya ustası Cim Kerrinin olduğu "Sonic 2" ilin ən çox izlənilən 6-cı filmi olub. Macəra və döyüş filmini 686 min 524 nəfər izləyib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO