46-cı prezident, futbolçu, oğlunu, qızını və həyat yoldaşını itirən ata - Co Bayden kimdir? - FOTO

46-cı prezident, futbolçu, oğlunu, qızını və həyat yoldaşını itirən ata - Co Bayden kimdir? - FOTO

Hazırda oxunan: 46-cı prezident, futbolçu, oğlunu, qızını və həyat yoldaşını itirən ata - Co Bayden kimdir? - FOTO

9154

ABŞ-ın yeni lideri Co Baydenin Con Kennedidən sonra Katoliklərin rəhbəri kimi fəaliyyət göstərən ikinci prezidentdir. O, ABŞ-ın ən yaşlı prezidenti kimi də tarixə düşüb.

Bizim.Media ABŞ KİV-i və tarixi sənədlərinə istinadən ABŞ – ın 46-cı prezidenti haqqında bu və başqa bilmədiyiniz faktları araşdırıb.

Cozef Bayden 1942 – ci ilin noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib.

O ABŞ liderləri arasında katoliklərin ən yaşlı rəhbəri olub.

Co Bayden uşaqlığında kəkələdiyi üçün həmyaşıdları həmişə ona lağ edib. 20 yaşına qədər bu qüsurla yaşayıb. O, problemdən qurtulmaq üçün uzun müddət nitqi üzərində işləyib.

Bayden həm də Amerika futbolunun məşhur simalarından olub.  

O, həyatının müxtəlif dövrlərində doğmalarının itkisi ilə üzləşib.

Birinci xanımı övladları ilə yeni il bayramlığı üçün bazarlığa gedərkən avtomobil qəzasında ölüb. Hadisə zamanı Baydenin qızı Neyomi də dünyasını dəyişib. İki övladı Bou və Hantr qəzadan sağ çıxıb.

Lakin Bou 2015 – ci ildə 46 yaşında beyin xərçəngindən vəfat edib.

Siyasəti fəaliyytə gəldikdə isə hələ gənclikdən  bu sahədə özünü doğruldub. 29 yaşında Konqresə seçkilərdə qələbə qazanaraq dövrünün ən gənc senator kimi tarixə düşüb.

1988 – ci ildə ABŞ-da prezident seçkilərinə namizədliyini təsdiq olunsa da, saxtakarlığa görə prosesdən  kənarlaşıdrılıb. Barak Obama tərəfindən “Azaldıq medalı” ilə təltif olunub. 2020 – ci ildə Co Bayden üçüncü dəfə ABŞ prezidenti seçkilərində iştirak edib və qalib gəlib.

Bayden spirtli içki içmir və siqaret çəkmir. Dodnurma yeməyi isə həddindən artıq çox sevir.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO