Bu ilin yayında Tokioda keçiriləcək Olimpiya Oyunlarını ləğv etmək mümkün olmayacaq, lakin yarışların xarici azarkeşlər olmadan keçirilməsi variantı mümkündür.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Pound Kyodo agentliyinə verdiyi müsahibəsində deyib.
"Olimpiadanı ləğv etmək niyyətində deyilik", - deyə BOK-un qocaman üzvü tədbirin xarici izləyicilərsiz keçirilməsi ideyasını dəstəkləyib və onu seçim variantlarından biri kimi qiymətləndirib.
O, qeyd edib ki, lazım gələrsə, martın 25-də Fukusimada start verməli olan Olimpiya atəşi estafeti ləğv edilə bilər.
Paundun sözlərinə görə, Oyunların keçirilməsi və ya təsdiqlənməməsi barədə yekun qərar gözlənildiyi kimi mart ayında deyil, daha sonra qəbul edilə bilər.
BOK və Tokioda Oyunların Təşkilat Komitəsi ötən il martın sonlarında koronavirusla əlaqədar olaraq Yay Olimpiadasını 2021-ci ilədək təxirə salmaq qərarına gəlib.
Olimpiada 2021-ci il 23 iyul – 8 avqust tarixlərində keçirilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:17 / 21.01.2021
Tokio Olimpiadası bu il mütləq keçiriləcək – BOK əmin etdi
Hazırda oxunan: Tokio Olimpiadası bu il mütləq keçiriləcək – BOK əmin etdi
Hazırda oxunan: Tokio Olimpiadası bu il mütləq keçiriləcək – BOK əmin etdi
9140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.