ABŞ-ın 46-cı prezidenti Co Bayden cümə axşamı, yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evə gəlib və dərhal funksiyasına başlayıb.
Bizim.Media xəbər verir ki, yeni dövlət başçısının imzaladığı ilk sənədlərdən biri ABŞ-ın Dünya Səhiyyə Təşkilatına üzv kimi qayıtması haqqında fərman olub.
MÖVZU İLƏ BAĞLI:
Baydenin andiçmə mərasimi baş tutdu
Xatırladaq ki, Baydenin sələfi Donald Tramp 2020-ci ilin iyul ayında ABŞ-ın bu təşkilatdan çıxdığını bildirib.
Onun fikrincə, qurum öz islahatlarının aparılması zamanı rəsmi Vaşinqtonun göstərişlərini rəhbər tutmayıb.
Çıxış proseduru cari ilin iyul ayında başa çatmalı idi.
Bizim.Media