Rusiya ordusu Ukraynada HIMARS-ın taxta maketlərinə zərbə endirib - DETALLAR

Rusiya ordusu Ukraynada HIMARS-ın taxta maketlərinə zərbə endirib - DETALLAR

Hazırda oxunan: Rusiya ordusu Ukraynada HIMARS-ın taxta maketlərinə zərbə endirib - DETALLAR

91180

Ukrayna hərbçiləri ABŞ-ın müasir HİMARS raket sistemlərinə bənzəyən taxta maketlərlə Rusiya ordusu üçün saxta hədəf yaradıb. Nəticədə Moskva uzaq mənzilli raketlərlə həmin hədəflərə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli məmurlarına və Ukrayna rəsmilərinə istinadən “The Washington Post” qəzeti yazıb.

Məlumata görə, maketlər ağacdan hazırlanıb, lakin Rusiya pilotsuz təyyarələrinin obyektivi onların maket olduğunu dəqiqləşdirə bilməyib.

Amerika nəşri qeyd edir ki, Rusiya ordusu bir neçə həftə ərzində ən azı on dəfə saxta hədəfləri bahalı “Kalibr” raketləri ilə vurub.  

Amerika diplomatı “The Washington Post”a bildirib ki, Rusiya tərəfinin “Ukraynada bir neçə HİMARS-ı məhv etmişik” açıqlamaları məhz bununla bağlı olub. Hərbi ekspertlər vurğulayırlar ki, bu cür aldadıcı taktikalar Rusiya ordusunu silah-sursat anbarlarını və komanda məntəqələrini arxa cəbhənin dərinliklərinə daşımağa məcbur edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO