Avropa İttifaqı fövqəladə enerji TOPLANTISI ÇAĞIRDI

Avropa İttifaqı fövqəladə enerji TOPLANTISI ÇAĞIRDI

Hazırda oxunan: Avropa İttifaqı fövqəladə enerji TOPLANTISI ÇAĞIRDI

91055

Avropa İttifaqına sədrlik edən Çexiya enerji bazarlarında artımın həllini müzakirə etmək üçün enerji nazirlərinin növbədənkənar iclasını çağırıb.

Bizim.Media xəbər verir ki, Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela sentyabrın 9-da Brüsseldə fövqəladə iclasın keçiriləcəyini və iclasda enerji böhranı ilə mübarizə üçün konkret tədbirlərin müzakirə olunacağını açıqlayıb.

O bildirib ki, Çexiya hakimiyyət orqanları elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın qiymətlərinə yuxarı həddi təklif ediblər:

"Enerji bazarı fəaliyyətini dayandırıb və bunu düzəltmək lazımdır".

Çexiyanın Baş naziri Petr Fiala, Avropa Komissiyasının sədri Ursula Von Der Leyen ilə insanlara və müəssisələrə digər üzv dövlətlər tərəfindən dəstəklənə biləcək yüksək enerji xərclərinin öhdəsindən gəlməyə kömək etməyin mümkün yolları barədə danışdığını söyləyib.
O, bazar ertəsi Praqada Almaniya kansleri Olaf Scholz ilə də görüşərək enerji böhranının həlli üçün ümumavropa yanaşmalarını müzakirə edəcək. (Unikal)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO