Milyonçunun oğlu sığorta pulunu almaq üçün “Ferrari”x9dsini yandırdı   - FOTOLAR

Milyonçunun oğlu sığorta pulunu almaq üçün “Ferrari”x9dsini yandırdı - FOTOLAR

Hazırda oxunan: Milyonçunun oğlu sığorta pulunu almaq üçün “Ferrari”x9dsini yandırdı - FOTOLAR

90896

İsveçrədə adı çəkillməyən milyonçunun oğlu qəsdən 245 min dollar dəyərində olan Ferrari 458 Italia avtomobilini yandırıb.

Moderator.azxa0xarici KİV-ə istinadən xəbər verir ki, o bununla avtomobilin sığorta ödənişini alaraq özünə yeni maşın almaq istəyirdi.

Gənc varis avtomobili yandırmaq üçün iki nəfər köməkçisinə 15 min dollar pul verib. Sonra əvvəlcədən danışıldığı kimi maşını Bavariyada yerli fahişəxanaların birinin yanında qoyub gedib və onun əlbirləri avtomobili yabdırıblar.

Lakin bütün bu hadisə şəhər təhlükəsizlik kameralarına düşüb.xa0

Polislər dərhal araşdırmaya başlayıblar. Onlar gəncin sms yazışmasını oxuduqdan sonra isə hər şeyə aydınlıq gətirilib.

Gənc oğlana 22 ay sınaq müddətinə şərti həbs cəzası verilib və 32 min dollar məbləğində cərimə kəsilib.xa0

Qeyd olunur ki, gəncin bundan başqa 14 avtomobili var.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO