Tatarıstan prezidenti Ərdoğanın oğluna təşəkkür etdi - FOTO

Tatarıstan prezidenti Ərdoğanın oğluna təşəkkür etdi - FOTO

Hazırda oxunan: Tatarıstan prezidenti Ərdoğanın oğluna təşəkkür etdi - FOTO

90816

Tatarıstanın prezidenti Rüstəm Minnixanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşüb və Beynəlxalq Koreş Federasiyasını (türk xalqları arasında ənənəvi güləş növü) Konfederasiyaya daxil etdiyinə görə ona təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Tatarıstan Respublikasının Prezidenti Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşündə qeyd edib ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti müxtəlif xalqlar, o cümlədən türkdilli dövlətlər arasında mədəni və idman əlaqələrinin inkişafı üçün çox işlər görür. Prezident Beynəlxalq Koreş Federasiyasını Konfederasiyaya daxil edilməsinə görə Bilal Ərdoğana minnətdarlığını bildirib”, - deyə məlumatda bildirilir.

Bilal Ərdoğan “Kazan – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı – 2022” tədbirləri çərçivəsində Birinci Kazan Qlobal Gənclər Sammitində iştirak etmək üçün Kazanda səfərdədir. O, Minnixanova atası, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını da çatdırıb.

“Biz tatarlarla qardaş xalqlarıq. Əmin edə bilərəm ki, sizi hər zaman dəstəkləyəcəyik”, - deyə Bilal Ərdoğan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO