Consondan xəbərdarlıq: Ukraynadakı müharibənin növbəti bir neçə ayı çətin keçəcək

Consondan xəbərdarlıq: Ukraynadakı müharibənin növbəti bir neçə ayı çətin keçəcək

Hazırda oxunan: Consondan xəbərdarlıq: Ukraynadakı müharibənin növbəti bir neçə ayı çətin keçəcək

90778

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq, lakin Ukrayna mütləq dayanacaq və qalib gələcək.

Bizim.Media xəbər verir ki, o, bu barədə “The Mail” nəşrində dərc edilən köşə yazısında deyib.

Böyük Britaniyanın baş naziri vətəndaşlara xəbərdarlıq edib ki, bu il enerji xərcləri yüksək olacaq:

“Bunun günahkarı Putindir, çünki Ukraynaya qarşı amansız müharibəyə məhz o başlayıb”.

"Növbəti aylar çox çətin olacaq. O (Putin - red.) hesab edir ki, mülayim avropalı siyasətçilərin mübarizə aparmağa cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları qaldırıb Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. Putinin fikrincə, "Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa yumşaq bir şəkildə sövq etməyə başlayacağıq”. Bu, baş versə, ağılsızlıq olardı. Belə çətin yolda Ukrayna xalqı qalib gələcək. Eləcə də Britaniya" deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO