"Tramp öldü, zalımın gedişi Allahın mərhəmətidir" - Ruhani 

Hazırda oxunan: "Tramp öldü, zalımın gedişi Allahın mərhəmətidir" - Ruhani 

9070

İran Prezidenti Həsən Ruhani prezident postunu tərk edən Donald Trampın siyasətçi kimi "öldüyünü" bəyan edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Tramp öldü, siyasi həyatı sona çatdı", deyə Ruhani hökumətin iclasında bildirib.

O, Trampun "zalım" olduğunu və onun gedişini "Allahın mərhəməti" adlandırıb.

Ruhaninin sözlərinə görə, ABŞ-ın seçilmiş prezidenti Co Bayden də eyni addımı atarsa, İran nüvə razılaşmasının yerinə yetirilməsinə qayıdacaq. 

"Biz bu gün Ağ Evə hakimiyyətə gələnlərdən qanunun, öhdəliklərin və səylərin yerinə yetirilməsinə dönməyi gözləyirik, əgər onlar əvvəlki dörd ilin bütün qara ləkələrindən xilas ola bilsələr, bəziləri tarixdə əbədi olaraq qalacaqlar. Onlar beynəlxalq norma və qətnamələrə, 2231 qətnaməsinə (SVD-ni təsdiqləyən) qayıtmalıdırlar. Əlbəttə, əgər onlar qayıtsalar, bizim cavabımız müsbət olacaq", - deyə Ruhani bildirib.

O, qeyd edib ki, ABŞ bunu "praktikada" nümayiş etdirərsə, İran "bütün öhdəliklərinə uyğun hərəkət edəcək".

"Top ABŞ və Vaşinqtonun tərəfindədir", - deyə Ruhani bildirib və əlavə edib ki, Trampın cəhdlərinə baxmayaraq, nüvə sövdələşməsi “sağ qalıb”, İrana qarşı maksimum təzyiq və iqtisadi terror siyasəti isə tamamilə iflasa uğrayıb.

Xatırladaq ki, Co Bayden noyabr ayında keçirilən prezident seçkisinin nəticələrinə görə Trampı məğlub edib.

Baydenin inauqurasiyası bu gün Vaşinqtonda Kapitolidə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO