Dmitri Medvedev: \

Dmitri Medvedev: \"Bunlardan biri baş versə, Rusiya nüvə zərbəsi endirəcək\"

Hazırda oxunan: Dmitri Medvedev: \"Bunlardan biri baş versə, Rusiya nüvə zərbəsi endirəcək\"

90640

"Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı Üçüncü Dünya müharibəsinin baş verməməsi üçün həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransanın "LCI" telekanalına müsahibəsində deyib.

D.Medvedev vurğulayıb ki, Ukraynanın NATO-ya qatılmaqdan imtinası indi sülhə nail olmaq üçün zəruri, lakin qeyri-kafi şərtdir. Sülh üçün Rusiyaya təhlükəsizlik zəmanəti lazımdır.

"Bunu xüsusi hərbi əməliyyat olmadan da etmək mümkün idi, Rusiya Ukrayna və Qərblə danışıqlar aparırdı, lakin onlar uğursuz oldu. İndikı halda Volodimir Zelenski danışıqlarda həmsöhbət kimi təcrübəsizdir. O, başqa ölkələrdən asılı və psixotrop dərmanların təsirinə məruz qaldığı üçün Rusiya üçün etimad yaratmır".

Rusiya rəsmisi vurğulayıb ki, tərəflər arasında  ən yüksək səviyyədə danışıqların perspektivi vəziyyətin inkişafından asılı olacaq və müəyyən şərtlər daxilində baş tutacaq.

D.Medvedev ölkəsinin nüvə silahından istifadə etməsi ehtimalından da danışıb. O qeyd edib ki, bunun üçün Rusiyanın mövcudluğuna təhlükə yaradan dörd səbəb olmalıdır. 

"Ölkəmizdə bu mövzuda hərbi doktrina açıqdır. "Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı xüsusi sənəd var. Və orada, 19-cu bənddə, səhv etmirəmsə, nüvə silahından istifadə üçün dörd əsas var.  
Fransa ictimaiyyəti üçün onları sadalayacağam.  Bunlar nüvə raketlərinin buraxılması, nüvə silahından istifadə, nüvə silahlarına nəzarət edən kritik infrastruktura hücum və ya dövlətin özünün mövcudluğunu təhdid edən digər hərəkətlərdir. Hələlik belə hərəkətlər müşahidə olunmayıb”, - deyə D.Medvedev bildirib.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO