“Putin Qərbin sanksiyalarını barmağına sarıyıb” - Amerikalı hüquqşünas Ceyms Rikards

“Putin Qərbin sanksiyalarını barmağına sarıyıb” - Amerikalı hüquqşünas Ceyms Rikards

Hazırda oxunan: “Putin Qərbin sanksiyalarını barmağına sarıyıb” - Amerikalı hüquqşünas Ceyms Rikards

90552

Rusiya-Ukrayna münaqişəsinin 6 ayı tamam oldu. Bu münaqişə başlayanda çoxları zənn edirdi ki, müharibə uzun sürməyəcək.

Ən maraqlısı da odur ki, çoxluq belə zənn edirdi ki, bu münaqişə ən qısa zamanda Ukraynanın qələbəsi ilə tamamlanacaq. Çünki, ABŞ, Avropa və digər dünya dövlətləri Ukraynaya hər cür yardım edirdi. Lakin, gözləntilər baş tutmadı. Müharibə acı bağırsaq kimi uzanıb gedir.

Bizim.Media xəbər verir ki, tanınmış amerikalı hüquqşünas Ceyms Rikards Rusiya-Ukrayna müharibəsinin perspektivləri barədə çox bədbin danışıb. “Ukraynadakı müharibəyə baxışı, onun gedişatı və nəticələri” haqqında makroiqtisadiyyat üzrə kitabların müəllifi bildirib ki, müharibənin sonu yaxın gələcəkdə görünmür:
 

MÖVZU İLƏ BAĞLI:

"Putinin güclü silahı var” – O, NATO-nu “cavab zərbəsi” ilə necə hədələyir?


“Rusiya yavaş da olsa irəliləyir. Rusiya qalib gəlir, lakin onun irəliləyişi ləng gedir. Rusiyanın hətta tezliklə Odessanı alma ehtimalı da var”.

Tanınmış hüquqşünasın fikrincə Ukrayna demokratiyadan uzaq korrupsioner bir ölkədir:

“ABŞ-ın Ukraynaya yardımının sonu görünmür. Amma yardımların çoxu oğurlanır. Bu, ölkənin rəhbərliyinin məqsədi heç də açıq deyil. Ukrayna prezidenti Zelenskini qərbli pərəstişkarları dayanmadan tərifləyir və hətta onu müasir dövrün Uinston Çörçill kimi xarakterizə edirlər”.

Ceyms Rikards bu gəlişi gözəl sözlərlə qətiyyən razılaşmır:

“Diktator Putinə qarşı güclü müharibədə o özünü lider kimi göstərməyi bacardı. Amma reallıqda Zelenski, ofşorlarda gizlədilmiş milyonlarla dolları olan korrupsioner oliqarxdır. Volodimirin peşəkar aktyor olması onun təbliğat imkanlarını artırdı. Lakin onun nə qədər saxta olduğunu başa düşmək üçün çox təcrübəyə malik olmaq lazım deyil. Qadınlar və uşaqlar da daxil olmaqla günahsız mülki insanlar onun zəif rəhbərliyi səbəbindən hər gün öldürülür”.

Amerikalı mütəxəssis Qərbin Rusiyaya qarşı vahid cəbhədə birləşməsinə rəğmən bu günədək heç bir uğur qazanmamasına da toxunub:

“Rusiyaya qarşı sanksiyalar nəhayət iflasa uğradı. Əslində Putin sanksiyaları barmağına dolayıb. Bu sanksiyalardan Rusiyadan daha çox Avropa əziyyət çəkir.
Faciə ondadır ki, ABŞ və NATO Rusiyaya Ukraynanın heç vaxt alyansa dəvət olunmayacağına dair zəmanət versəydi, bütün bu faciələrin heç biri baş verməmiş olacaqdı. Əslində bu fakt Putinin Ukraynanı işğal etməsi üçün bəhanə oldu. Çox təəssüf ki, bütün bunlar acı bir reallıqdır və indi dünya bu reallığın acı nəticələriylə yaşayır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO