Ukraynada raket zərbələrində 30 azərbaycanlının evi və obyekti dağılıb

Ukraynada raket zərbələrində 30 azərbaycanlının evi və obyekti dağılıb

Hazırda oxunan: Ukraynada raket zərbələrində 30 azərbaycanlının evi və obyekti dağılıb

90508

Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb.

Bizim.Media xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub.

Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında şiddətli döyüşlər zamanı azərbaycanlılar da mülki itkilərə məruz qalıb.
Bu bölgələrin sakini olduğu müəyyən edilən 30 azərbaycanlının evi və ya digər formada xüsusi mülkiyyəti raket və mərmi zərbələri nəticəsində dağıdılaraq məhv edilib.

Qeyd edək ki, bu, "Report.az"ın Şərqi Avropa bürosuna bu vaxta qədər məlum olan statistik məlumatlardır və arta biləcəyi istisna deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO