Moskvanın Ermənistan dövlətçiliyini ləğv etmək PLANI 

Moskvanın Ermənistan dövlətçiliyini ləğv etmək PLANI 

Hazırda oxunan: Moskvanın Ermənistan dövlətçiliyini ləğv etmək PLANI 

90356

Ermənistan mediasında və sosial şəbəkələrdə anti-Rusiya əhval-ruhiyyəsi artmaqda davam edir. Bir sıra yaşayış məntəqələri və Laçın şəhəri Azərbaycana qaytarıldığı üçün erməni mediası Rusiyaya qarşı yenə “silaha sarılıb”.

Bizim.Media xəbər verir ki, İrəvanın “Lragir” nəşri son günlərdə “Kreml planını təsdiqlədi: Moskvaya getməzdən əvvəl iki qərar” adlı növbəti anti-Rusiya məqaləsi ilə çıxış edib və orada Rusiya rəhbərliyini (Putin nəzərdə tutur) erməni dövlətçiliyini “ləğv etməkdə” ittiham edib.

“Hökumətin bu gün keçirilən iclasında iki qərar qəbul edilib. Pensiya və müavinətlər 2022-ci il sentyabrın 1-də artırılacaq. Əvvəllər isə bu, 2023-cü il yanvarın 1-də təyin olunmuşdu. Bundan əlavə, Müdafiə Nazirliyinin təklif etdiyi layihəyə əsasən, çağırışçılar 24 milyon dram müqabilində hərbi xidmətini vaxtından əvvəl başa vura biləcəklər.

Şübhəsiz ki, kütlə tərəfindən yaxşı qarşılanacaq iki qərar. “Sülh gündəminin əhval-ruhiyyəsinə” tam uyğundur. Bu, elə edilməlidir ki, insanlar onun cazibəsini tam şəkildə hiss etsinlər.

Xatırladaq ki, Putin Ermənistanda növbədənkənar parlament seçkilərində Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasını qələbə münasibətilə təbrik edəndə demişdi ki, Paşinyanın əlində olan əsas “silah” xalqın inamıdır. Bu isə ona ağrılı qərarlar qəbul etməyə imkan verəcək. Bundan sonra Paşinyan həqiqətən də ağrılı qərarlar qəbul etdi. 
Moskva Ermənistanla bağlı planlarının həyata keçirilməsini sürətləndirir. Qarabağda ruslar Laçın dəhlizini Azərbaycana qaytardılar, erməni əhalisini çıxartdılar, indi isə demilitasiyanı həyata keçirməyə çalışırlar. Ermənistanın suverenliyini məhdudlaşdırmaq planları artıq hazırdır. Bunun üçün Moskva Ermənistan dövlətçiliyinin ləğvi planını mütəmadi olaraq həyata keçirir. 

Moskvada planın “şərtsiz icrası” üçün yeni üçtərəfli görüş hazırlanır.

Bir gün əvvəl Nikol Paşinyan gileylənib ki, müttəfiqi (Rusiya) düşməni (Azərbaycan) ilə ittifaqda olanda ölkənin müstəqilliyini qorumaq çətindir. Daha sonra o, Putinə zəng edib. Söhbət zamanı Kremlin sahibi ona “üçtərəfli bəyanatların qeyd-şərtsiz həyata keçirilməsinin zəruriliyi” xatırladıb. Öz növbəsində, rusiyayönlü “müxalifət” dünən üçtərəfli bəyanatın qeyd-şərtsiz yerinə yetirilməsini bəyan edib”, deyə eerməni nəşri yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO