Lukaşenko Ukraynanı təbrik etdi

Lukaşenko Ukraynanı təbrik etdi

Hazırda oxunan: Lukaşenko Ukraynanı təbrik etdi

90171

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Lukaşenko ukraynalılara dinc həyat, tolerantlıq, cəsarət və güc arzulayıb.

"Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək”- təbrikdə deyilir.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğalına açıq-aşkar dəstək nümayiş etdirir.

O, mətbuata açıqlamalarında Rusiyaya dəstəyini heç vaxt gizlətmir, əksinə Rusiya Prezidenti Vladimir Putini özünün böyük qardaşı adlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO