NASA yayımladı - Qara dəliyin səsi - VİDEO

NASA yayımladı - Qara dəliyin səsi - VİDEO

Hazırda oxunan: NASA yayımladı - Qara dəliyin səsi - VİDEO

90008

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmos araşdırmaları ilə dünyanı təəccübləndirməyə davam edir.

Bizim.Media xəbər verir ki, ötən ilik may ayında ilk dəfə qara dəliyin səsini qeyd etdiyini açıqlayan NASA bu səsi inkişaf etdirərək yenidən paylaşıb.

Belə ki, sözügedən qara dəlik 200 milyon işıq ili uzaqlıqda, isti qazla dolu 11 milyon işıq ili genişliyində qalaktika çoxluğu olan “Perseus” qalaktikasında yerləşir. Eşidilən səslər isə əslində isti qazda dalğalanan təzyiq dalğalarıdır. 

Qeyd edək ki, kosmosda əslində heç bir səs yoxdur. Amma bir istisna ilə…

Belə ki, kosmos vakuum olduğu üçün səs dalğalarının keçə biləcəyi mühit yoxdur. Bu səbəbdən ərazi ümumiyyətlə tamamilə səssiz sayılır. Ancaq səssizliyə kosmik obyektlərin səs çıxarmaması səbəb olmur.
Yəni, kosmosdakı cisimlər səs çıxarsa da, səs dalğalarını əks etdirmək üçün səth tapa bilmir və nəticədə biz bu səsləri eşitmirik. 
 
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO