ABŞ-ın hakimiyyət orqanları sabiq prezident Donald Trampda, o cümlədən onun Floridadakı iqamətgahında 300-ə yaxın məxfı sənəd aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə New York Times nəşri hakimiyyətdəki mənbələrə istinadla məlumat yayıb.
“Hökumət Donald Trampda ümumilikdə 300-dən çox “məxfi” qrifli sənəd tapıb. Sənədlərin ilk partiyası yanvarda aşkarlanıb, daha bir hissəsi iyun ayında Trampın köməkçiləri tərəfindən Ədliyyə Nazirliyinə təqdim olunub, bu ay isə FTB bir sıra materiallar götürüb”, - deyə qəzet yazır.
Mənbələr dəqiqləşdirir ki, Milli arxivlər və sənədləşdirmə idarəsi sabiq prezidentdən məxfi informasiyalı 150 sənəd götürmüşdü.
Bu miqdar Ədliyyə Nazirliyində ciddi narahatlıq doğurub, avqustda cinayət təhqiqatına başlamasına və FTB tərəfindən Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında axtarış aparılmasına əsas verib.
Axtarış nəticəsində 26 qutuda “məxfi” işarəli 11 komplekt materiallar tapılıb.
Qəzet bildirir ki, ABŞ Ədliyyə Nazirliyi təhqiqatı davam etdirir. Bu, məmurların Trampın Ağ evdən götürdüyü heç də bütün prezident sənədlərinin bərpasına əmin olmadığını göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:29 / 23.08.2022
Trampda 300 məxfı sənəd aşkarlandı
Hazırda oxunan: Trampda 300 məxfı sənəd aşkarlandı
Hazırda oxunan: Trampda 300 məxfı sənəd aşkarlandı
90003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.