Almaniya kanslerinə çılpaq ETİRAZ – VİDEO 

Almaniya kanslerinə çılpaq ETİRAZ – VİDEO 

Hazırda oxunan: Almaniya kanslerinə çılpaq ETİRAZ – VİDEO 

89821

Almaniyanın paytaxtı Berlində qadın nümayişçilər insanlarla söhbət edən kansler Olaf Şolzun yanına gələrək yüksək qaz qiymətlərinə etiraz ediblər. 

Bizim.Media xəbər verir ki, Şolza yaxınlaşan qadınlar birdən paltarlarını çıxarıb.

Bədənlərinə “Qaz embarqosu qoyun” yazan və “Rusiya qazına pul yoxdur”, “Müharibəni maliyyələşdirməyi dayandırın!”  şüarlarını səsləndirən qadınlar mühafizəçilər tərəfindən Şolzdan uzaqlaşdırılıb. 
Ölkə kansleri isə baş verənlər qarşısında sadəcə gülümsəməklə kifayətlənib.  

İllərdir çılpaq etirazları ilə bütün dünyada səs-küyə səbəb olan beynəlxalq təşkilat “Femen” qadınlarla bağlı açıqlama verib:

“Onlar “Rusiyanın Ukraynada amansız müharibəsi və davam edən iqtisadi durğunluq qarşısında Almaniya hökumətinin fəaliyyətsizliyinə ” etiraz ediblər. Almaniyanın son illərdəki siyasi stabilliyi ölkəni enerji sektoru baxımından Rusiyadan asılı vəziyyətə salıb. Bu asılılıq alman demokratiyamızı korlayıb”.

Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO