“Kapitoli hadisələrində Rusiyanın əli var”- “Putinin kuklaları”

“Kapitoli hadisələrində Rusiyanın əli var”- “Putinin kuklaları”

Hazırda oxunan: “Kapitoli hadisələrində Rusiyanın əli var”- “Putinin kuklaları”

8975

“Putin Kapitoli hadisələrindən əvvəlcədən xəbərdar ola bilər”.

Bizim.Media “FoxNews”a istinadla xəbər verir ki, bunu ABŞ-ın sabiq Dövlət katibi Hillari Klinton deyib.

O ehtimal edir ki, Kapitoli hadisələrində Putinin əli var.

“Biz Trampın telefon danışıqların ələ keçirsək onun Putinlə Kapitoli hadisələrini müzkirə edib-etmədiyini aydınlaşdıra bilərik”,-deyə  Klinton bildirib.

Klinton həmçinin 2016-cı il ABŞ prezident seçkilərində Trampın qələbəsindən də şübhələndiyini və nəticələrinin saxta ola biləcəyini qeyd edib.

“Mən bilmirəm Putinin siyasi, maliyyə və şəxsi nələrə sahibdir, lakin Kapitoli hadisələri ona hədiyyə olunub. Çünki Putin ölkəmizdə və dünyada demokratiyanı sarsıtmaq istəyir”,-bunu isə Nümayəndələr Palatasının sədri Nensi Pelosi söyləyib.

Pelosi “Kapitoli ixtişaşlarını törədənləri “Putinin kuklaları””adlandırıb.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO