Rusiyada baş verən qəzada 14 Qırğızıstan vətəndaşı həlak olub - VİDEO

Rusiyada baş verən qəzada 14 Qırğızıstan vətəndaşı həlak olub - VİDEO

Hazırda oxunan: Rusiyada baş verən qəzada 14 Qırğızıstan vətəndaşı həlak olub - VİDEO

89710

Ulyanovsk vilayətinin Nikolayevski rayonunda mikroavtobus və iki ağır yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində 2 Rusiya və 14 Qırğızıstan vətəndaşı həlak olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı fövqəladə hallar xidmətindəki mənbə yayıb.

MÖVZU İLƏ BAĞLI:

16 nəfər Rusiyada yol qəzasında həlak oldu - VİDEO


“Yenilənmiş məlumatlara görə, bədbəxt hadisə nəticəsində həlak olanlar arasında 14 nəfərin Qırğızıstan, 2 nəfərin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib. Onların marşrutu Qazaxıstan ərazisindən keçib”, - qeyd edilib.

Avqustun 21-də Ulyanovsk vilayətinin M5 şosesində iki yük maşını və mikroavtobus toqquşub. Qəza zamanı sərnişinləri olan avtomobil yük maşınlarının arasında sıxışıb. Hazırda 16 nəfərin öldüyü, 4 nəfərin yaralandığı barədə rəsmi məlumat verilir.

Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkixin sözlərinə görə, qəza nəticəsində yaralanan dörd nəfər ağır vəziyyətdə Nikolayev regional xəstəxanasına çatdırılıb.

Bizim.Media

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO