16 nəfər Rusiyada yol qəzasında həlak oldu - VİDEO

16 nəfər Rusiyada yol qəzasında həlak oldu - VİDEO

Hazırda oxunan: 16 nəfər Rusiyada yol qəzasında həlak oldu - VİDEO

89683

Avqustun 21-də gündüz saatlarında Rusiyanın Ulyanovsk vilayətində, “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində içərisində 18 sərnişin olan “Mercedes” markalı mikroavtobus iki yük avtomobili ilə toqquşub.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində 16 nəfər həlak olub.

Avtobusun sərnişinləri Qazaxıstan vətəndaşlarıdır. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Ulyanovsk vilayəti üzrə qərargahının ilkin məlumatlarına əsasən, qəzada ölən və yaralananlar arasında respublika vətəndaşları yoxdur.

O, bu barədə RİA Novosti-yə bildirib. Daha əvvəl agentlik ölən və yaralananların Qazaxıstan vətəndaşları olduğunu bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO