Qətlə yetirilən Darya Duqina Ukrayna müharibəsinə dəstək verən kitab yazıb

Qətlə yetirilən Darya Duqina Ukrayna müharibəsinə dəstək verən kitab yazıb

Hazırda oxunan: Qətlə yetirilən Darya Duqina Ukrayna müharibəsinə dəstək verən kitab yazıb

89662

Minik avtomobilinin partladılması nəticəsində həlak olan rusiyalı jurnalist və politoloq Darya Duqinanın həmmüəllifi olduğu, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatdan bəhs edən “Z kitabı” nəşr olunacaq.

Bizim.Media “RİA Novosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə avqustun 21-də “Qara yüz” nəşriyyatının baş redaktoru Dmitri Bastrakov məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin ofisi təkzib etdi: “Darya Duqinanın ölümündə Ukraynanın əli yoxdur”


“Kitab çıxacaq, heç nə təxirə salınmayıb, hətta onun materialı mühazirə kimi oxunacaq”, - Bastrakov bildirib.

Redaktor izah edib ki, Duqina materialını sonadək tamamlamayıb.

Qeyd edək ki, “Z kitabı” Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının iştirakçılarının və şahidlərinin, hərbçilərin, işğal edilən şəhərlərin mülki əhalisinin, könüllülərin və müharibə müxbirlərinin hekayələri toplusudur.

Xatırladaq ki, İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsi müəyyən edib ki, avtomobil hərəkətdə olarkən sürücü tərəfinə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Avtomobili idarə edən Darya Duqina hadisə yerində ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO