Zelenskinin ofisi təkzib etdi: “Darya Duqinanın ölümündə Ukraynanın əli yoxdur”

Zelenskinin ofisi təkzib etdi: “Darya Duqinanın ölümündə Ukraynanın əli yoxdur”

Hazırda oxunan: Zelenskinin ofisi təkzib etdi: “Darya Duqinanın ölümündə Ukraynanın əli yoxdur”

89660

Prezident Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı, jurnalist Darya Duqinin olduğu avtomobilin partladılmasını şərh edib.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə telemarafonun efirində danışıb.

MÖVZU İLƏ BAĞLI:

Şahid Darya Duqinanın ölümü ilə nəticələnən partlayışdan danışdı - VİDEO


“Mən vurğulayıram ki, Ukraynanın bununla heç bir əlaqəsi yoxdur, çünki biz Rusiya Federasiyası kimi kriminal, terrorçu dövlət deyilik”, - Podolyak deyib.

Xatırladaq ki, Darya Duqinanın olduğu avtomobil ötən gecə Mojaysk şossesində partlayıb.

Şənbə günü Aleksandr Duqin və qızı "Ənənə" vətənpərvərlik festivalına qatılıb. Ata və qızı festivalı birlikdə tərk edəcəkmiş, lakin Darya maşınla tək gedib. Darya Duqinanın avtomobilinin partladılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO