Fələstinli və suriyalıların olduğu qayıqda azyaşlı azərbaycanlı tapıldı

Fələstinli və suriyalıların olduğu qayıqda azyaşlı azərbaycanlı tapıldı

Hazırda oxunan: Fələstinli və suriyalıların olduğu qayıqda azyaşlı azərbaycanlı tapıldı

89659

İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki. hadisə Salento kommunasının sahilində baş verib.

Qeyd olunur ki, gecə saatlarında Santa Maria di Leuca limanında 59 miqrantın olduğu kiçik gəmi tapılıb. Onları xilas etmək üçün yerli sahil mühafizə xidməti əməliyyata başlayıb.

Miqrantlar arasında Azərbaycan, Suriya, Fələstin, İran və İraqdan olan 7 azyaşlı olmaqla 44 kişi və 8 qadın olub.

Miqrantlar ilk yoxlamalardan sonra identifikasiya prosedurlarından keçəcəklər. Onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İtaliya nümayəndə heyətinin könüllüləri tərəfindən qəbul edilərək sığınacaqda yerləşdiriləcəklər.

Hazırda miqrantların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO