Şahid Darya Duqinanın ölümü ilə nəticələnən partlayışdan danışdı - VİDEO

Şahid Darya Duqinanın ölümü ilə nəticələnən partlayışdan danışdı - VİDEO

Hazırda oxunan: Şahid Darya Duqinanın ölümü ilə nəticələnən partlayışdan danışdı - VİDEO

89657

“Moskva vilayətində Darya Duqinanın içində olduğu avtomobil alovlanandan sonra bir neçə dəfə partlayış səsi eşitdim”.

Bizim.Media xəbər verir ki, bu fikirləri hadisənin şahidi RT-yə açıqlamasında səsləndirib.

MÖVZU İLƏ BAĞLI:

Duqinin qızı öldürüldü: Terakt özünə qarşı hazırlanıbmış – FOTO/VİDEO


“Partlayış səs eşitdim ... 30 saniyədən sonra küçəyə çıxdım və Mojaysk şossesində bir avtomobilin yandığını gördüm. Küçədə dayanarkən daha dörd-beş dəfə partlayış oldu”, deyə o, qeyd edib.

Şahid əlavə edib ki, əməliyyat xidmətləri faciə yerinə 3-4 dəqiqəyə gəldi, yanğın çox tez söndürüldü, hamı cəld işlədi.

Daha əvvəl TASS hüquq-mühafizə orqanlarına istinadən Bolşiye Vyazomı qəsəbəsi yaxınlığında "Toyota Land Cruiser Prado" minik avtomobilinin partlaması barədə məlumat yayıb. Sonradan məlum olub ki, avtomobildə filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqin olub. O, partlayışda dünyasını dəyişib.

Faktla bağlı İstintaq Komitəsi cinayət işi açıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO