Arestoviç Zelenskinin müşaviri vəzifəsindən çıxarılıb? – Siyahıda adı yoxdur

Arestoviç Zelenskinin müşaviri vəzifəsindən çıxarılıb? – Siyahıda adı yoxdur

Hazırda oxunan: Arestoviç Zelenskinin müşaviri vəzifəsindən çıxarılıb? – Siyahıda adı yoxdur

89653

“Ukrayna qəzeti” prezident aparatının tam ştatlı və ştatdankənar məsləhətçilərinin siyahısını alıb. Arestoviçin adı siyahıda yoxdur.

Bizim.Media xəbər verir ki, prezident ofisinə Andrey Yermak rəhbərlik edir.

Jurnalistlərə avqustun 18-nə olan yeni siyahı təqdim edilib. Orada 46 ad, o cümlədən Mixail Podolyak (Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü) və Aleksandr Rodnyanskinin (rus kinoprodüseri Aleksandr Rodnyanskinin oğlunun soyadı, adı və atasının adı ilə uyğun gəlir) adları var. Hər ikisi vəzifədə ştatdankənar kimi qeyd olunub.

Arestoviçin Telegram kanalı onun məsləhətçi olduğunu göstərir. Bununla belə, siyasətçinin özü hələ bu ilin yanvarında bu vəzifədən istefa vermək qərarına gəldiyini bəyan edib.

Eyni zamanda, prezident aparatındakı mənbə “Ukrayinskaya Pravda”ya Arestoviçin işdən çıxarılması barədə mediadan xəbər tutduqlarını və onun istefası ilə bağlı heç bir sənədə imza atmadığını bildirib.

Nəşr qeyd edir ki, iyulun sonunda verilişlərin birində Arestoviç deyib ki, onun işdən çıxması barədə feyk məlumat internetə “sızıb”.

Yermak 2020-ci ilin dekabrında Arestoviçi müşavir təyin edib. O, Donbassdakı münaqişənin həlli ilə məşğul olan üçtərəfli təmas qrupunun tərkirində Misk şəhərində olub.

Arestoviçin 47 yaşı var. Gürcüstanda anadan olub, sonra Kiyevə köçüb. O, bloger və aktyordur (o cümlədən rus filmlərində rol alıb). Siyasətə 2005-ci ildə qədəm qoyub, 2014-cü ildə Avromaydandan sonra mediada hərbi ekspert kimi görünməyə başlayıb.

Eyni zamanda o, Donbassda münaqişə zonasında hərbi birləşmələrə təlim keçməyə başlayıb, bu əməliyyatın iştirakçılarına psixoloji dəstək fondu təşkil edib.

Fevralın 24-də Rusiya hərbi əməliyyatları başlayandan sonra Arestoviç Ukrayna tərəfindən əsas informasiya yayanlardan biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO