Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Hazırda oxunan: Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

89649

“Land Cruiser Prado” avtomobilinin partlaması nəticəsində dünyasını dəyişən Darya Duqina bu yaxınlarda rus işğalında olan Mariupoldan qayıdıb. O, Ukraynada aparılan müharibədə Kremli dəstəkləyib.

Bizim.Media “life.ru” saytına istinadən xəbər verir ki, bunu politoloq Sergey Karnauxov deyib.

"O, bu yaxınlarda Mariupoldan “Azovstal”dan qayıdıb. Biz onunla zavoddan canlı bağlantı həyata keçirdik. O, benderlərə nifrət edirdi, çünki başa düşürdü ki, biz nəyə görə döyüşürük”, – o, teleqram kanalında yazıb.

Politoloqun sözlərinə görə, dünən Darya ona həyatında sonuncu müsahibə verib. Karnauxov etiraf edib ki, o, "inanılmaz dərəcədə savadlı və parlaq bir insan" idi:

“Ondan daha ağıllı qız tanımıram”.

İndi istintaq baş verənlərlə bağlı müxtəlif versiyalar üzərində işləyir. Bu arada politoloq Marat Bəşirov sui-qəsdin obyektinin Darya Duqina deyil, onun atası olduğunu irəli sürüb. Bloger Yeqor Xolmoqorov da onunla razılaşıb. O, əmindir ki, cinayətkarların məqsədi əsasən Aleksandr Duqini öldürmək olub.

Qondarma “DXR” rəhbəri Denis Puşilin də Dariyanın ölümündən danışıb. O,  Aleksandr Duqinin rəsmi Kiyevin hədəfində olduğunu deyib.

Xatırladaq ki, bu gecə Moskva vilayətində “Land Cruiser Prado” markalı avtomobilin partladıldığı məlum olub. İçində olan qadın dünyasını dəyişib. Sonradan məlum olub ki, avtomobildə filosof və politoloq Aleksandr Duqinin qızı Darya olub. İctimai xadim özü hadisədən az sonra faciə yerinə gəlib. Faktla bağlı cinayət işi açılıb.

Politoloq Sergey Markovun sözlərinə görə, filosof və ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanadadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO