Zelenski ukraynalıları Rusiyanın hücumundan niyə xəbərdar etmədi? -

Zelenski ukraynalıları Rusiyanın hücumundan niyə xəbərdar etmədi? - "Washington Post"  

Hazırda oxunan: Zelenski ukraynalıları Rusiyanın hücumundan niyə xəbərdar etmədi? - "Washington Post"  

89366

Rusiya tanklarının Ukrayna sərhədini keçərək Kiyevə doğru hərəkətə başlamasından bir neçə gün əvvəl prezident Vladimir Zelenski vətəndaşlara narahat olmamağı tövsiyə edib.  

Lakin o vaxta qədər Qərb mediası yarım ilə yaxın bir müddətdə Kremlin Ukraynaya işğalçılıqla bağlı “sərsəm planları” haqqında dayanmadan yazırdı.  

Bizim.Media xəbər verir ki, Amerikanın “The Washington Post” qəzeti Ukrayna hakimiyyətinin Rusiyanın Ukraynaya hücumunun hazırlanması barədə məlumatı necə aldığını və buna necə reaksiya verdiyi ilə bağlı ətraflı araşdırma dərc edib.  

Nəşrin jurnalistləri araşdırma ilə bağlı ABŞ, Ukrayna, Avropa və NATO-nun yüksək rütbəli rəsmiləri arasından 30-dan çox mənbə ilə danışıb.  

Bundan əlavə, “Washington Post” prezident Zelenskidən müsahibə götürüb. Nəşr yazır ki, o, son ana qədər genişmiqyaslı müharibənin yaxınlaşması barədə əhaliyə məlumat verməmək qərarına gələndə hansı motivləri rəhbər tutduğunu izah etməyə çalışıb.  

“Washington Post”un yazdığına görə, ötən ilin oktyabrında ABŞ prezidenti Co Bayden Ağ Evdə kəşfiyyat, hərbi komandanlıq və diplomatik sektor rəhbərləri ilə Rusiyanın Ukraynaya işğalına hazırlıqla bağlı kəşfiyyatdan alınan məlumatlara dair təcili görüş keçirib. Kəşfiyyat hesabatı son peyk görüntülərindən, ələ keçirilən rabitələrdən və mənbələrlə söhbətlərdən tərtib edilib.

“Washington Post” qəzeti ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazır ki, rus qoşunları Ukraynanın böyük hissəsinin ələ keçirilməsinə ümid edirdilər. Xüsusilə Belarus ərazisindən köçərək 3-4 günə Kiyevi mühasirəyə almağı planlaşdırırdılar.  
Rusiya xüsusi təyinatlıları prezident Zelenskini tapmalı, onu hakimiyyətdən uzaqlaşdırmalı və Ukraynada Kremlə dost bir oyuncaq rejim qurmalı idi.

Paralel olaraq, Rusiya Silahlı Qüvvələri şərqdən hərəkət edərək Dneprə keçəcək, Krımdan gələn qoşunlar isə cənub-şərq sahillərini tutacaqdı. Bu döyüşlər Kremlin planlarına görə, bir neçə həftə davam edə bilərdi.

Yenidən qruplaşma və silahlanma üçün fasilədən sonra ruslar cənubda Moldova və şimalda Belarus arasında yerləşən uydurma xəttə doğru hərəkət etməli idilər. Nəşr bildirir ki, ABŞ kəşfiyyatının bu məlumatları Ukrayna rəhbərliyinə təhvil verilib, lakin Kiyevdə onlara şübhə ilə yanaşılıb.  

Xarici işlər naziri Dmitri Kuleba bunu Ukraynanın təfərrüatları istəməsinə rəğmən verilməməsi ilə izah edib. Yanvarın 12-də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns Kiyevdə prezident Zelenski ilə görüşüb və deyib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya Ukraynanın paytaxtına zərbə endirmək niyyətindədir.

ABŞ həmçinin güman edirdi ki, Rusiya əvvəlcə Qostomel aerodromuna qoşun endirməyə çalışacaq, sonra isə Kiyevə hücuma başlayacaq. “The Washington Post” qəzetinin yazdığına görə, Ağ Evdə keçirilən gizli görüşdə Bayden qərara gəlib ki, Rusiya prezidenti Vladimir Putin ya nəzarət altına alınmalı, ya da ona müqavimət göstərilməlidir.  

Və ABŞ özbaşına hərəkət etməməlidir. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceykob Sallivanın sözlərinə görə, Co Bayden Ukraynaya hücumun nəticələri barədə Putini xəbərdar etmək üçün Moskvaya nümayəndə göndərmək qərarına gəlib.  
“Washington Post” qəzetinə müsahibəsində prezident Zelenski Rusiya təhlükəsi ilə bağlı ABŞ-dan məlumat aldığını etiraf edib. O, yanvarda MKİ rəhbəri Börnslə görüşdüyünü də xatırladıb.

Lakin eyni zamanda, Zelenski israr edib ki, Qərb tərəfdaşları mümkün hücum barədə təfərrüatlar vermədilər:  

"Mən Börnsin o zaman dediyi hər şey haqqında danışmağa hazır deyiləm, amma onun əsas xəbərdarlıqları həyatım üçün təhlükə ilə bağlı idi. Və bunlar ilk siqnallar deyildi - onlar hər yerdən, bizim xüsusi xidmət orqanlarımızdan, xarici həmkarlarımızdan da gəlirdi...” – deyə Zelenski qeyd edib.  

O, xaos və iqtisadi problemlər yaratmamaq üçün ölkə vətəndaşlarına bu təhlükədən danışmadığını söyləyib. Ölkə başçısının sözlərinə görə, indi Ukrayna müharibə səbəbindən ayda 5-7 milyard dollar itirir.  
 
Lakin ölkə qışda belə bir yükə tab gətirə bilməzdi:

“Sən mənə “indidən insanları hazırlamağa başlamalısan və onlara deməlisən ki, pul və yemək ehtiyatı yığsınlar”. Əgər biz bunu etsəydik, o zaman keçən ilin oktyabrından bəri mən ayda 7 milyard dollar itirərdim. Ruslar həqiqətən hücuma keçdiyi anda bizi üç günə ələ keçirərdilər”.

Ölkə lideri qərarının doğru olduğuna inandığını və bunun hücuma hazırlaşmağa kömək etdiyini bildirib:

"İşğal başlayanda da belə oldu - biz bacardığımız qədər güclü idik".  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO