Putin Pelosinin Tayvan səfərindən danışdı: “Təxribatdır” - VİDEO

Putin Pelosinin Tayvan səfərindən danışdı: “Təxribatdır” - VİDEO

Hazırda oxunan: Putin Pelosinin Tayvan səfərindən danışdı: “Təxribatdır” - VİDEO

88825

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri diqqətlə planlaşdırılmış təxribatdır. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Dövlət başçısının sözlərinə görə, Pelosinin Tayvana səfəri ABŞ-ın regionda sabitliyi pozmaq üçün düşünülmüş strategiyasının bir hissəsi olub.

“Pelosinin Tayvana səfəri sadəcə fərdi məsuliyyətsiz siyasətçinin səfəri deyil, digər ölkələrin suverenliyinə hörmətsizliyin həyasız nümayişidir”, - Putin deyib.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ Konqresinin nümayəndə heyətlərinin Tayvana səfərlərini davam etdirəcəyini bildirmişdi. Avqustun 14-də senator Ed Markinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti iki günlük səfər üçün Tayvana gəlib. Markdan başqa Tayvana daha dörd senator gəlib. Amerikalı siyasətçilər adanın prezidenti Tsay İnven ilə görüşüblər.
Xatırladaq ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana uçub. Çin bu addımı tənqid edib və ABŞ-a etirazını bildirib, çünki Pekin faktiki olaraq müstəqil adanı öz ərazisi hesab edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO