Krımda fövqəladə vəziyyət tətbiq edildi - YENİLƏNİB - VİDEO

Krımda fövqəladə vəziyyət tətbiq edildi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Krımda fövqəladə vəziyyət tətbiq edildi - YENİLƏNİB - VİDEO

88775

Krımda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib. 

Bizim.Media xəbər verir ki, fövqəladə vəziyyət rejimi Cankoy rayonunda sursatların partladılmasından sonra tətbiq olunub. 

Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımda eyni zamanda iki insident - transformator yarımstansiyasında yanğın və Mayskoye kəndindəki sursat anbarında partlayış baş verib.

Sonradan məlum olub ki, Simferopol yaxınlığındakı aviabazada da partlayış səsləri eşidilib. 

*** 09.40

Avqustun 16-da səhər saatlarında Krımda partlayışlar qeydə alınıb. Yarımadanın ərazilərindən birində qatı qara tüstü görünür. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNIAN yerli Telegram kanallarına istinadən yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Cankoy rayonunda elektrik yarımstansiyasında partlayışlar baş verib. Obyektdən qalın qara tüstü qalxıb.

Eyni zamanda, “Avropa Həmrəyliyi” partiyasının deputatı Aleksey Qonçarenko bildirib ki, partlayışlar Cankoy rayonunun Azovskoye kəndində olub. Onun sözlərinə görə, Rusiya qoşunlarının silah-sursat anbarı yanır.

Telegram kanalları bildirir ki, partlayışlar barədə məlumat verdikdən sonra "Krımın rəhbəri" Sergey Aksyonov Cankoy rayonunun Mayskoye kəndinə gedib. 

“Mən Cankoy rayonunun Mayskoye kəndinə getdim. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Məlumatlar əlçatan olan kimi sizə məlumat verəcəyəm”, - Aksyonov Telegram kanalında yazıb. O, hadisənin təfərrüatlarını açıqlamayıb.
Krım Tatarları Məclisinin sədri Refat Çubarov “Facebook”da Azovskoye kəndindəki Rusiya hərbi hissəsinin yandığını bildirib və qeyd edib ki, “bir saatdır partlayış səsləri eşidilir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO