“Şah İsmayıl Səfəvinin məqbərəsindən İmam Hüseyni, onun Əhli-beyti və səhabələrini sevən və əzadarlıq edən bütün dünya azərbaycanlılarına təşəkkür edirəm. Dünya azərbaycanlılarının kimliyi sırf İmam Hüseynə aid olmaqdan ibarətdir”.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Həsən Ameli cümə namazı xütbələrində deyib.
Azərbaycanlıları qərəzli şəkildə “azərilər” adlandıran əyalət mollası İranın dünyadakı bütün azərbaycanlılara “hərəkət istiqaməti” müəyyən edəcəyini iddia edib.
“Azərilər İmam Hüseyn ilə tanınır və “azəri” dili də mərsiyə dilidir. Sionist rejimlə problemi olmayan hər hansı bir azəri şiəsinin qətiyyən şiə kimliyi yoxdur”,-deyə o, əsassız fikirlər səsləndirib.
Ameli həmişəki kimi təhdid səsləndirməkdən də çəkinməyib: “İsrailə qarşı öz ölkəsindəki şiələrin nifrətinin ifadəsi ilə mübarizə aparan və uşaq qatili rejimi dəstəkləyən müsəlman dövlətlərinin liderləri yəhudilərin taleyindən dərs almalıdırlar”.
Bizim.Media