Küveyt altı ildən sonra İrana səfir təyin edib.
Bu barədə Bizim.Media İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, səfir Bader Abdullah Əl-Munaih Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahiana təqdim edib.
Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.
Qeyd edək ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:51 / 15.08.2022
Küveyt altı ildən sonra İrana səfir təyin etdi
Hazırda oxunan: Küveyt altı ildən sonra İrana səfir təyin etdi
Hazırda oxunan: Küveyt altı ildən sonra İrana səfir təyin etdi
88539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.