Türkiyədə Ərdoğanın partiyasının yaradılmasının 21-ci ili qeyd edilir

Türkiyədə Ərdoğanın partiyasının yaradılmasının 21-ci ili qeyd edilir

Hazırda oxunan: Türkiyədə Ərdoğanın partiyasının yaradılmasının 21-ci ili qeyd edilir

88506

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) quruluşunun 21-ci ilini qeyd edir. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə partiyanın rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya üzvlərinə məktub yollayıb. 

Türkiyə Prezidenti məktubunda “Yaranandan gündən bu yana keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Partini 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində də yenidən zəfərə qazandırmaqda qərarlıyıq”, - deyə vurğulayıb. 

Məktubda bildirilir:

“Bu gün keçmişimizə nəzər saldıqda, 20 il ərzində bir əsrlik demokratiya və inkişaf layihələrini həyata keçirdiyimizi məmnuniyyətlə müşahidə edirik. Təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə, sənayedən idmana qədər Türkiyənin sadəcə çatışmazlıqlarını aradan qaldırmadıq, həm də gələcək irəliləyişlər üçün infrastruktur yaratdıq. İndi güclü infrastruktur üzərində 2023-cü il hədəflərimizi reallaşdıraraq və 2053-cü ilə baxışımızı quraraq ölkəmizə və millətimizə verdiyimiz bütün vədləri yerinə yetirmək istəyirik. Bunun üçün 2023-cü il seçkiləri kirtikdir”. 

Yaranmasının 21-ci ilini sadə proqramla qeyd etməyi planlaşdıran AK Parti avqustun 15-də “Bir olduq, 21 olduq” mövzusunda proqram keçirəcək. Türkiyə Prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı proqramda 3 min qonağın iştirakı gözlənilir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO