İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir

İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir

Hazırda oxunan: İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir

87870

“Ermənistanın Avrasiya ölkələrinə açılan qapı olması bizim üçün çox vacibdir, bununla bağlı iki aydan bir görüş keçirilməlidir”.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatı yanında Xarici Ticarət İdarəsinin rəisi Məhəmməd Tağı Hünərbər deyib. 

SEPAH-a yaxınlığı ilə seçilən “Fars News” saytının xəbərinə görə, o, özəl sektor nümayəndələri və işğalçı Ermənistanın İxrac Şurasının üzvlərinin iştirakı ilə keçirilən Ermənistan İxrac Şurasının iclasında deyib:  

“Bu ilin ilk üç ayında İrandan Ermənistana 30 milyon dollara yaxın ixrac, bu ölkədən isə 688 min dollarlıq mal idxal edilib”.  
“Xoşbəxtlikdən, ixrac dəyəri baxımından İranın Ermənistana ixrac həcmi ötən ilin ilk üç ayı ilə müqayisədə 5,6% artıb. Əmtəə qrupuna görə, İrandan Ermənistana ən böyük ixrac məhsulu faydalı qazıntılar olaraq 9 milyon dollar, kənd təsərrüfatı məhsulları və qida sənayesi 7 milyon dollara yaxın, neft-kimya və neft əsaslı məhsullar 6 milyon dollar, sənaye malları 8 milyon dollar təşkil edir” – deyə Hünərbər qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO