Avropada bu smartfonlar QADAĞAN EDİLDİ

Avropada bu smartfonlar QADAĞAN EDİLDİ

Hazırda oxunan: Avropada bu smartfonlar QADAĞAN EDİLDİ

87795

Almaniyada "Oppo" və "OnePlus" smartfonlarının satışı tamamilə dayandırılıb.

Bizim.Medi xəbər verir ki, buna səbəb istehsalçıları patentlərini pozmaqda ittiham edən "Nokia"nın iddiası olub. 

"Nokia" hüquqşünaslarının sözlərinə görə, "Oppo" və "OnePlus" smartfonları Finlandiya telekommunikasiya nəhənginə məxsus 5G texnologiyasından istifadə edir. 

2022-ci il iyulun əvvəlində Mannheim Dairə Məhkəməsi "Nokia"nın xeyrinə qərar çıxararaq, münaqişənin hər iki tərəfini mümkün qədər tez bir zamanda barışıq razılaşmasına nail olmağa çağırıb. Lakin bu baş verməyib və avqustun 5-də Almaniyanın bütün ərazisində "Oppo" və "OnePlus" smartfonlarının satışına qadağa qoyulub.
Finlandiya və Çin korporasiyaları arasında qarşıdurmanın necə bitəcəyi hələ məlum deyil, lakin "Nokia"nın iddiaları təkcə Almaniya ilə məhdudlaşmır. Avropanın digər ölkələrində də qadağalar olacağı gözlənilir. (Unikal)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO