ABŞ-dan Ukraynaya 1 milyardlıq yeni HƏRBİ YARDIM PAKETİ

ABŞ-dan Ukraynaya 1 milyardlıq yeni HƏRBİ YARDIM PAKETİ

Hazırda oxunan: ABŞ-dan Ukraynaya 1 milyardlıq yeni HƏRBİ YARDIM PAKETİ

87601

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 1 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, yeni yardım paketinə yüksək hərəkətli artilleriya raket sistemləri (HIMARS) üçün daha çox döyüş sursatı, 155 mm-lik artilleriya üçün 75 000 mərmi, Milli qabaqcıl yer-hava raket sistemləri (NASAMS) üçün döyüş sursatları, həmçinin 1000 ədəd “Javelin” tank əleyhinə sistem və yüzlərlə “AT4” zenit-raket qurğusu daxildir.

Qeyd edək ki, Co Bayden 2021-ci ilin yanvarında prezident seçildikdən sonra ABŞ Ukraynaya 9,8 milyard dollar dəyərində hərbi texnika göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO