PKK terror təşkilatının üzvləri ötən gün qaçırdığı 3 təcili tibbi yardım əməkdaşını və polis məmuru Vedat Kayanı sərbəst buraxıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular bu gün Şırnaqın Silopi rayonunda mədəndə kömür çıxaran mədənçilərə hücum edib. PKK-nın üzvləri 6 iş maşınını yandırıb, 15 işçini də qaçırıb.
Hadisədən sonra polis genişmiqyaslı əməliyyata başlayıb. Bir müddət öncə yayılan xəbərə əsasən bütün işçilər sərbəst buraxılıb.



























































































