Müharibə başlayandan bəri Ukrayna ordusu ən azı 10 rus generalını məhv edib. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları 6 rus komandirinin işdən çıxarılmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də yazıb.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər. General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib.
Digər rus generalı A. V. Dvornikov Ukraynadakı əməliyyata komandanlıq etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb, Cənub Qüvvələr Qrupunun komandanlığı isə general G. V. Jidkadan alınaraq general Sergey Surovikinə verilib.
Qeyd olunur ki, bu işdən çıxarılmaların ehtimalını Ukraynadakı müharibədə 10 rus generalının həlak olması faktı daha da artırır. Bu isə nəticədə Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:06 / 07.08.2022
Britaniya kəşfiyyatı Ukraynada 10 rus generalının məhv edildiyini açıqladı
Hazırda oxunan: Britaniya kəşfiyyatı Ukraynada 10 rus generalının məhv edildiyini açıqladı
Hazırda oxunan: Britaniya kəşfiyyatı Ukraynada 10 rus generalının məhv edildiyini açıqladı
87382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.