Qondarma “Luqansk Xalq Respublikası”nın Alçevsk yaşayaış məntəqəsində hündürmərtəbəli binaya zərbə endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Russian Today” nəşri yayıb.
Mənbə yazır ki, zərbə bir gün əvvəl Amerikanın HIMARS raketilə Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilib.
Atəş nəticəsində bir mülki şəxs həlak olub, biri azyaşlı olmaqla daha doqquz nəfər yaralanıb.
Dünənki hücum zamanı Alçevskdə ümumilikdə on yaşayış binası, üç məktəbəqədər təhsil müəssisəsi və bir məktəb zərər görüb.
Zərəçəkən insanların ümumi sayı 19 nəfərdir.
Bizim.Media