Çin səfiri Ağ Evə ÇAĞIRILDI

Çin səfiri Ağ Evə ÇAĞIRILDI

Hazırda oxunan: Çin səfiri Ağ Evə ÇAĞIRILDI

87121

Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan ətrafındakı vəziyyətə görə Ağ Evə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən yazıb.

“Çinin gecə saatlarında etdiyi hərəkətlərdən sonra biz ÇXR-in təxribatçı hərəkətlərinə etiraz etmək üçün səfir Tsin Qanı Ağ Evə çağırdıq.

Biz ÇXR-in hərbi əməliyyatlarını pisləyirik. Onlar məsuliyyətsizdirlər və Tayvan boğazında sülhün və sabitliyin qorunub saxlanmasına dair çoxdankı hədəflərimizə zidddirlər”, - bəyanatda deyilir.

Ağ Ev ÇXR-in ABŞ-dakı səfirinə bildirib ki, bütün rabitə kanallarını dəstəkləmək istəyir və Vaşinqton “bir Çin” prinsipinə sadiqdir. Ağ Ev, həmçinin bəyan edib ki, Vaşinqton böhran tərəfdarı deyil, amma “Pekinin nə qərar verəcəyinə” hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO