Bayden erməniyə yüksək vəzifə verdi - FOTO

Bayden erməniyə yüksək vəzifə verdi - FOTO

Hazırda oxunan: Bayden erməniyə yüksək vəzifə verdi - FOTO

8698

Erməni əsilli Ayk Hacınazaryan Co Bayden administrasiyasında Ağ Evin regional kommunikasiya şöbəsinin rəhbəri təyin edilib.

Bizim.Media xəbər verir ki bu barədə ABŞ-ın yeni seçilmiş prezidentinin saytında məlumat dərc edilib.

Qeyd edək ki, Ayk Hacınazaryan Ohayo ştatının Kolumbus şəhərində Livandan gəlmiş erməni ailəsində anadan olub.

O, Baydenin Qərbi Pensilvaniyada seçki kampaniyasının mətbuat katibi olub. Bundan əvvəl Nyu-Hampşir, Nevada, Texas, Ohayo və digər əyalətlərdə keçirilən ilkin seçkilər və ümumi seçkilər zamanı məlumat dəstəyi verib.

Baydenin kampaniyasına qoşulmadan əvvəl, İndiana ştatından senator Co Donellinin sözçüsü, daha sonra Nümayəndələr Palatası Daxili təhlükəsizlik komitəsində mətbuat katibinin müavini vəzifəsində çalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO