ABŞ-da azərbaycanlı cüdoçu həbs edildi - FOTO

ABŞ-da azərbaycanlı cüdoçu həbs edildi - FOTO

Hazırda oxunan: ABŞ-da azərbaycanlı cüdoçu həbs edildi - FOTO

86786

Nyu-Yorkda iranlı jurnalist və fəal Məsih Əlinejada sui-qəsd şübhəsi ilə Xalid Mehdiyev adlı şəxs həbs edilib. Məsih Əlinejadın ailəsi ilə birlikdə yaşadığı Bruklin məhəlləsində hüquq-mühafizə orqanlarının əməkdaşları AK-47 tipli tüfənglə silahlanmış şəxsi özünü “şübhəli” aparmasını müşahidə etdikdən sonra saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbə yazır ki, Əlinejad ötən il İran rejimi əleyhinə danışdıqdan sonra bu ölkənin vətəndaşları tərəfindən adam oğurluğu planında hədəfə alınıb. İranın yarı-rəsmi dövlət mediası yazıb ki, bu iş üzrə ittihamda sui-qəsdin İran kəşfiyyatı rəsmisi tərəfindən təşkil olunduğu iddia edilirdi, lakin İran Xarici İşlər Nazirliyi bu ittihamı “əsassız və gülünc” adlandıraraq, hər hansı əlaqəni təkzib edib. Əlinejad deyib ki, cümə axşamı, yəni iyulun 28-də federal agentlər silahlı şəxs haqqında ona məlumat verəndə evdə olub.

Əlinejad bazar günü telefonla CNN-ə deyib: “FBI mənə “evinizdən uzaq dur” dedi. Şoka düşdüm. İnana bilmirdim. Öz-özümə deyirdim ki, qapını açsam, nə edəcəm?”

CNN-in əldə etdiyi federal cinayət şikayətinə əsasən, Nyu-York Polis İdarəsinin əməkdaşları cümə axşamı günorta saatlarında Xalid Mehdiyevi Bruklin məhəlləsindən çıxarkən həbs ediblər. Polis əməkdaşları onun etibarnamə olmadan maşın sürdüyünü müəyyənləşdiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra onun avtomobilinin arxa oturacağında kamerada mərmi ilə dolu AK-47 tipli avtomat, əlavə ikinci maqazin və 1100 dollarlıq 100 dollarlıq əskinas olan çamadan tapıblar. O, seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqda ittiham olunur.

23 yaşlı Mehdiyev avqustun 12-də məhkəmə qarşısına çıxacaq. CNN şərh üçün onun vəkili Stefani Mari Karvlinlə əlaqə saxlayıb, lakin cavab ala bilməyib.

Beynəlxalq media Xalid Mehdiyevin hansı ölkə vətəndaşı olduğunu yazmasa da, onun azərbaycanlı olduğu müəyyənləşib. Xalid Mehdiyev cüdoçudur, 2016-cı ildə Berlində, Praqada, Afinada gənclər arasında keçirilən Avropa kuboklarında Azərbaycan millisini təmsil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO