Reuters: Çin qırıcıları Çin-Tayvan sərhədi üzərində uçur

Reuters: Çin qırıcıları Çin-Tayvan sərhədi üzərində uçur

Hazırda oxunan: Reuters: Çin qırıcıları Çin-Tayvan sərhədi üzərində uçur

86657

İyulun 2-də Çin ordusunun gəmiləri və döyüş təyyarələri materik Çin və Tayvan arasındakı qeyri-rəsmi bölücü xətti keçib.

Bizim.Media xəbər verir ki, bu haqda Reuters agentliyinə mənbə bildirib. 

Onun sözlərinə görə, bu gündən etibarən Çin Xalq Azadlıq Ordusunun təyyarələri bölücü xəttə yaxınlaşaraq təxribat xarakterli manevrlər etməyə başlayıb.

Günortadan sonra sərhəd bölgəsində Çin aviasiyasının aktivliyi azalıb, lakin hərbi gəmilər hələ də bölücü xəttin yaxınlığındadır.

Tayvan Müdafiə Nazirliyinin rəsmiləri Çin ordusunun hərəkətlərindən xəbərdar olduqlarını və "düşmən təhdidlərinə" cavab verəcəklərini bildiriblər. Agentlik yazır ki, Tayvan ordusunun döyüşçüləri bölücü xəttin yaxınlığında hazır vəziyyətdədirlər.
Tayvan-Çin böhranının kəskinləşməsinə səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya planlaşdırılan səfəri olub. Çin amerikalı siyasətçinin niyyətlərini kəskin şəkildə pisləyib və ABŞ-ın "qırmızı xətti" keçdiyi barədə məlumat yayıb. Konqresmenin təhlükəsizliyini təmin etmək üçün ABŞ ordusu Tayvana qırıcılar və təyyarədaşıyan gəmilər göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO