İran zindanlarında 10 məhkum edam edildi – 3-ü azərbaycanlıdır

İran zindanlarında 10 məhkum edam edildi – 3-ü azərbaycanlıdır

Hazırda oxunan: İran zindanlarında 10 məhkum edam edildi – 3-ü azərbaycanlıdır

86460

İranın Ərdəbil, Şiraz, Səbzvar, Kermanşah, Gürgan və Həmədan zindanlarında adam öldürməkdə ittiham olunan 4 məhkum edam edilib.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı İran İnsan Haqları Təşkilatı yayıb.

Mənbə qeyd edir ki, 28 yaşlı Pəyam Nurinin Ərdəbilin mərkəzi zindanında edam hökmü icra edilib.

Eyni zamanda, uyuşdurucu maddələrin ticarətində günahlandırılan Əhməd Qədimi və Şəhram Yadigari adlı iki azərbaycanlı məhbus Həmədan şəhər zindanında, daha 4 məhbus isə eyni ittihamla Gürgan şəhər zindanında dar ağacından asılıb.
İran rəsmiləri və dövlət mediası adı çəkilən şəxslərin edamı barədə heç bir açıqlama verməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO