Tramp keçmiş arvadını niyə qolf meydançasında dəfn etdirib? - FOTO

Tramp keçmiş arvadını niyə qolf meydançasında dəfn etdirib? - FOTO

Hazırda oxunan: Tramp keçmiş arvadını niyə qolf meydançasında dəfn etdirib? - FOTO

86359

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vergilərdən azad olmaq üçün birinci arvadı İvananı Nyu-Cersidəki qolf klubunda dəfn etməkdə günahlandırılıb.

Bizim.Media “Daily Mail”a istinadən xəbər verir ki, yerli qanunlara görə, qəbiristanlıqdakı torpaqdan vergi tutulmur.

Dartmutun sosiologiya professoru, vergi hüququ üzrə ekspert Bruk Harrinqton buna diqqət çəkib. O, tvitində "Mən Nyu-Cersinin vergi kodunu yoxladım və bu, üçqat vergidən yayınmadır" sözlərini yazıb.

Nyu-Cersi qanunu dəfn üçün torpaq sahiblərini daşınmaz əmlak və şəxsi əmlak vergilərindən, gəlir vergilərindən və satış vergilərindən azad edir.

Harrinqton daha sonra aydınlıq gətirib ki, qanunda onun qəbiristanlıq sayılması və vergilərdən azad olması üçün torpaqda neçə qəbirin olması haqda heç bir bənd yoxdur.

73 yaşlı İvana Tramp iyulun 14-də Upper East Side qəsəbəsindəki evində vəfat edib. O, pilləkənlərdən yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vida mərasimi çərşənbə günü, iyulun 20-də Nyu-Yorkda baş tutub. Tramp keçmiş həyat yoldaşını “ilhamverici həyat yaşayan gözəl və heyrətamiz qadın” kimi təsvir edib. Cütlük 1977-1992-ci illərdə evli olub.

Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO