Bu gün günortadan sonra İranla Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə İranın yerli rəsmilərindən biri IRNA-ya açıqlama verib.
İranlı rəsminin açıqlamasına görə, İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonu sərhədində Əfqanıstan qüvvələri İran sərhədini keçmək istəyiblər. Silahlı insidentdə İran tərəfindən hər hansı itki olmayıb.
Əfqanıstanda bəzi KİV-i ağır artilleriyanın müşayiəti ilə baş verən silahlı insidentdə Əfqanıstan tərəfindən bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.
Bizim.Media