“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilməlidir”.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri Dov S. Zakheim səsləndirib.
O, Ukrayna taxılının ixracı və immiqrasiya sahəsində Ərdoğanın siyasi uğurlarına diqqət çəkib.
Zakheimin “The Hill” qəzetində “Türkiyə prezidenti Ərdoğanın qələbəsi” başlıqlı məqaləsi dərc edilib.
Müəllif vurğulayır ki, bəzi siyasətçilərin fikrincə, Türkiyə prezidenti “gözlənilməz” addım atır. O, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək Rusiya və Ukrayna arasında Qara dəniz vasitəsilə taxıl ixracı məsələsində kompromis əldə edib, Ukrayna limanlarından taxılın çatdırılmasına icazə verən razılaşmada vasitəçi olub.
Zakheim qeyd edib ki, Ukraynadakı vəziyyət nəticəsində dünyada milyonlarla insan aclıq təhlükəsi ilə üzləşib.
“İstanbulda imzalanmış taxıl daşınması müqaviləsi sayəsində Rusiya həm də ərzaq və gübrə ixrac edə bilər. Bu razılaşma bir çox insanın həyatını xilas etdi. Şübhəsiz taxıl müqaviləsi Türkiyə prezidenti üçün böyük bir qələbədir. Bu baxımdan o, ən azı Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir”, - Zakheim yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:40 / 31.07.2022
“Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilməlidir” - Pentaqonun keçmiş müşaviri
Hazırda oxunan: “Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilməlidir” - Pentaqonun keçmiş müşaviri
Hazırda oxunan: “Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilməlidir” - Pentaqonun keçmiş müşaviri
86324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.